- Baxış sayı: 48
- 04 Noyabr 2026 18:03
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Tennis üzrə “Böyük dəbilqə” turnirlərinin 22-qat qalibi, ispaniyalı Rafael Nadal “Real”ın idarə heyətinin üzvü olacaq.
Allsport.az xəbər verir ki, 40 yaşlı sabiq tennisçinin namizədliyinin təsdiqlənməsi məsələsinə ümumi yığıncaqda baxılacaq.
İspaniya klubunun bəyanatında bu addımın böyük qürur olduğu vurğulanıb.
Nadal 2024-cü ilin noyabrında karyerasını başa vurub. Sabiq tennisçi fərdi yarışlarda ümumilikdə 92 ATP tituluna sahib çıxıb. O, həmçinin 2-qat olimpiya çempionudur (2008-ci ildə fərdi, 2016-cı ildə isə cütlüklərin yarışında).