Klub tarixində ilk

Klub tarixində ilk

PSJ UEFA çempionlar liqasında klub tarixinin ən uzun məğlubiyyətsiz seriyasına imza atıb.

Allsport.az xəbər verir ki, Luis Enrikenin rəhbərlik etdiyi Paris təmsilçisi bu gün “Vilyarreal”ı 6:0 hesabı ilə darmadağın edərək turnirdəki məğlubiyyətsiz oyunlar seriyasını 14-ə çatdırıb.

Paris klubu sonuncu dəfə yanvarın 20-də “Sportinq”ə uduzub. Həmin vaxtdan bəri keçirilən 14 qarşılaşmada PSJ məğlubiyyət üzü görməyib. Bu, klubun çempionlar liqası tarixində rekord göstəricidir.

Turnirin son qalibi olan PSJ noyabrın 25-də növbəti matçında “Roma” ilə qarşılaşacaq.

Həmin kateqoriyadan