- Baxış sayı: 29
- 03 Noyabr 2026 19:05
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Real Madrid”in futbolçusu Arda Gülər UEFA çempionlar liqasının əsas mərhələsinin IV turunda AEK-ə qarşı keçiriləcək səfər matçını buraxacaq.
Allsport.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi qarşılaşma üçün açıqlanan heyətə daxil edilməyib.
Yüngül zədəsi olan türkiyəli futbolçu son məşqdə fərdi proqramla çalışıb. Məşqçilər korpusu onun vəziyyətini nəzərə alaraq risk etməmək qərarına gəlib.
Orelyen Tçuameni və Raul Asensio da matçın iştirak ərizəsindən kənarda qalıblar. Arda Gülərin nə vaxt sıraya dönəcəyi hələ məlum deyil.