- Baxış sayı: 43
- 03 Noyabr 2026 17:09
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun böyük oğlu Kriştianu Ronaldu Junior ilk dəfə ölkəsinin 17 yaşadək futbolçulardan ibarət milli komandasına dəvət alıb.
Allsport.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubunun akademiyasında çıxış edən 16 yaşlı futbolçu baş məşqçi Filipe Ramosun açıqladığı 23 nəfərlik heyətə daxil edilib.
Gənc hücumçu 2027-ci il U-17 Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. Portuqaliya millisi noyabrın 11-də Andorra, 14-də Bolqarıstan, 17-də isə Serbiya ilə qarşılaşacaq.