“Çox xoşbəxtəm!”

“Çox xoşbəxtəm!”

“Turan”ın voleybolçusu Yang Hanyu çempionlar liqasının III təsnifat mərhələsində “Maritsa Plovdiv” üzərində qazanılan qələbəni dəyərləndirib.

Allsport.az xəbər verir ki, ilk oyunda rəqibini 3:0 hesabı ilə məğlub edən Tovuz təmsilçisinin orta oyunçusu qarşılaşmadan sonra təəssüratlarını bölüşüb:

“Bu qələbəni qazanmaq çox çətin oldu. Düşünürəm ki, əldə etdiyimiz nəticə fərdi uğur deyil, bütün komandanın əzmkarlığının göstəricisidir. Ümid edirəm ki, növbəti oyunda öz meydanımızda da qalib gələcəyik. Hazırda o qədər həyəcanlıyam ki, hisslərimi ifadə etməkdə çətinlik çəkirəm. Çox xoşbəxtəm!

Ümid edirəm ki, növbəti matçda heyətimiz daha tam olacaq. Hamının bir araya gələrək mübarizə aparması məni çox sevindirir. Bu komandaya təşəkkür edirəm”.

Həmin kateqoriyadan