Karyerasında ilk dəfə

Karyerasında ilk dəfə

Fransalı tennisçi Artur Fis ATP-nin mövsümün yekun turnirində iştirakını təmin edib.

Allsport.az xəbər verir ki, dünya reytinqinin 7-ci pilləsində qərarlaşan tennisçi Turində keçiriləcək yarışa vəsiqə qazanan altıncı idmançı olub.

Bu, Paris “Ustadlar” turnirində Kventin Alisin Frensis Tiafonu məğlub etməsindən sonra rəsmiləşib.

Bu mövsüm Barselona və Sinsinnati turnirlərinin qalibi olan Fis karyerasında ilk dəfə ATP Finals-da çıxış edəcək.

Mövsümün yekun turniri noyabrın 15-dən 22-dək keçiriləcək. Sonuncu dəfə 2016-cı ildə fransalı Qel Monfis bu yarışda iştirak edib.

Həmin kateqoriyadan