- Baxış sayı: 30
- 03 Noyabr 2026 15:36
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA çempionlar liqasının liqa mərhələsinin IV turunda İspaniyanın “Vilyarreal” komandası ilə keçiriləcək qarşılaşmadan əvvəl fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis rəqibin güclü olduğunu və komandasının maksimum səviyyədə çıxış etməli olduğunu bildirib.
“Çempionlar liqasının bu oyununu keçirmək üçün İspaniyaya gəldiyimizə çox şadıq. Burada futbolun əsl mahiyyəti hiss olunur. Səfərdə oynadığımız üçün bizi çətin qarşılaşma gözləyir. Diqqətli olmalıyıq. Nəyə qadir olduğumuzu göstərmək istəyirik, lakin belə rəqibə qarşı topa nəzarət etmək asan olmayacaq”.
Enrike “Vilyarreal”ın baş məşqçisi İniqo Peresin fəaliyyətini də yüksək qiymətləndirib:
“Vilyarreal” çətin oyunlar seriyasından keçib. Amma Peres çox pozitiv məşqçidir. Futbolu sevən gənc mütəxəssisləri bəyənirəm. “Vilyarreal” onu baş məşqçi təyin etməklə düzgün seçim edib. Komanda “Liverpul”a qarşı yaxşı oynadı və daha artığına layiq idi. Bizi çətin rəqib gözləyir. Peres komandasının topa nəzarət etməsini istəyir. Əlimizdən gələnin ən yaxşısını göstərməliyik, əks halda qalib gələ bilməyəcəyik”.
PSJ-nin çalışdırıcısı mövsüm ərzində məğlubiyyətlərin qaçılmaz olduğunu da vurğulayıb:
“Mövsüm ərzində məğlubiyyətlər qaçılmazdır. Bu komanda hələ inkişafının ilkin mərhələsindədir, lakin artıq ümidverici nəticələr göstərir. Ümid edirəm ki, çərşənbə axşamı “Vilyarreal” ən yaxşı futbolunu nümayiş etdirməyəcək. Rəqibdə tərəddüd yaranarsa, bundan istifadə edə bilərik”.