Klub tarixinin ən böyük səfər qələbəsi

Klub tarixinin ən böyük səfər qələbəsi

“Tvente” klubu tarixinin ən böyük səfər qələbəsini qazanıb.

Allsport.az xəbər verir ki, Enshede təmsilçisi bunu çempionatının XI turunda “Ekselsior” üzərində 9:0 hesablı qələbə qazanmaqla reallaşdırıb.

Bu, həmçinin “Ekselsior” üçün Niderland çempionatında ən böyük məğlubiyyət kimi tarixə düşüb.

“Tvente” Niderland Erediviziyasının turnir cədvəlində hazırda 23 xalla 4-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan