Oyunların müddəti azaldıla bilər

Oyunların müddəti azaldıla bilər

NBA-da zədələrin sayını azaltmaq məqsədilə matçların müddətinin 48 dəqiqədən 40 dəqiqəyə endirilməsi təklif olunur.

Allsport.az xəbər verir ki, liqanın inzibatçısı Adam Silverin də bu ideyaya müsbət yanaşdığı bildirilir.

Hər hissənin müddətinin 12 dəqiqədən 10 dəqiqəyə endirilməsi ulduz basketbolçuların meydanda qalma vaxtına ciddi təsir göstərməyəcək. Bununla belə, ehtiyat oyunçuların rotasiyadakı rolu azala bilər.

Bu dəyişiklik klubların heyət siyasətinə də təsir edə, komandaların daha az sayda basketbolçuya üstünlük verməsinə səbəb ola bilər.

Hazırda NBA matçları hər biri 12 dəqiqə olmaqla dörd hissədən ibarətdir.

Həmin kateqoriyadan