Kasilyasın rekordunu qırdı

Kasilyasın rekordunu qırdı

İngiltərə millisinin və “Real”ın (İspaniya) futbolçusu Cud Bellinqem UEFA çempionlar liqasında İker Kasilyasın rekordunu qırıb.

Allsport.az xəbər verir ki, Madrid klubunun yarımmüdafiəçisi buna Liqa mərhələsinin IV turunda AEK-lə (Yunanıstan) oyunda iştirak etməklə nail olub.

C.Bellinqem qitənin bir nömrəli klub turnirinin tarixində 60 matçlıq həddə ən gənc yaşda çatan oyunçu olub. O, bunu 23 yaş 128 günündə bacarıb.

İker Kasilyas 2004-cü ildə 23 yaş 167 günündə 60-cı görüşünü keçirmişdi.

Xatırladaq ki, “Real” AEK-i səfərdə 3:2 hesabı ilə üstələyib.

Həmin kateqoriyadan