- Baxış sayı: 31
- 04 Noyabr 2026 23:31
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Azərbaycan voleybol federasiyasının (AVF) prezidenti Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçularla görüşüb.
Allsport.az xəbər verir ki, görüş Ağsu şəhər 4 nömrəli tam orta məktəbin idman zalında keçirilib.
Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, digər rəsmi şəxslər, Oğuz RVK-nı təmsil edən idmançılar və onların valideynləri iştirak ediblər.
Şahin Bağırov yeniyetmə idmançılarla söhbət edərək onlara tövsiyələrini verib, valideynlərlə fikir mübadiləsi aparıb. Daha sonra qonaqlar voleybolçuların məşq prosesini izləyiblər.
Sonda xatirə fotosu çəkdirilib.