Kerri onun oyununa təsir edənlərin adlarını çəkdi

“Qolden Steyt Uorriors”un üzvü Stefen Kerri açıqlama verib.

Allsport.az xəbər verir ki, amerikalı idmançı məşhur ispan basketbolçusu Xuan Karlos Navarro ilə bağlı sualı cavablandırıb:

“Onunla bir dəfə görüşdüm, amma onun oynadığı çoxlu kadrlara baxmışdım. Ümumiyyətlə, məni ruhlandıran, oynamağıma təsir edən idmançılar az deyil. Atamdan Reggi Millerə, Stiv Neşə qədər deyə bilərəm. Xuan Karlos da bu siyahıdadır”.

Kerri cari NBA mövsümündə 45 oyuna çıxıb, orta hesabla 23,5 xal, 4,6 ribaund və 6,1 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan