- Baxış sayı: 22
- 02 Noyabr 2026 13:35
- Baxış sayı: 271
- Oktyabr 25, 2026
- 0

“Bavariya”, Dortmund “Borussiya”sı ilə keçirilən və 2:2 hesabı ilə bitən prinsipial matçdan sonra ağır kadr itkiləri ilə üzləşib.
Allsport.az xəbər verir ki, görüş zamanı zədələnən İsmayıl Saybari və Serj Qnabri uzun müddət komandaya kömək edə bilməyəcəklər.
Sağ topuq bağında qopma aşkarlanan Saybari artıq əməliyyat olunub və təxminən 3 ay yaşıl meydanlardan kənar qalacaq. Sol bud əzələsindən xəsarət alan Serj Qnabrinin bərpası isə 4-6 həftə çəkəcək.
Həmçinin qarşılaşmada zədə alan Maykl Olisenin durumu hələlik qeyri-müəyyəndir. Onun çempionlar liqasındakı “Atletiko” (Madrid) ilə oyunda iştirak edib-etməyəcəyi müayinələrdən sonra dəqiqləşəcək.