- Baxış sayı: 137
- 02 Sentyabr 2026 15:09
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Taylandda 15 yaşlı qolfçu Eyavarin Pradubyart ildırım vurması nəticəsində vəfat edib.
Allsport.az xəbər verir ki, hadisə noyabrın 1-də Çaçenqsao əyalətində keçirilən gənclər turniri zamanı baş verib.
İdmançıya meydançada ildırım dəyib. Yaxınlıqda olan 31 yaşlı qadın-keddi də xəsarət alıb.
Həkimlərin səylərinə baxmayaraq, qız noyabrın 2-də xəstəxanada dünyasını dəyişib.
Mərhumun ailəsi təşkilatçıları təhlükəsizlik qaydalarını pozmaqda, yarışı vaxtında dayandırmamaqda və ərazidə təcili yardım avtomobili saxlamamaqda ittiham edib.