Medalsız qaldı

Medalsız qaldı

Azərbaycanın daha bir üzgüçüsü Dəkərdə təşkil olunan yeniyetmələrin IV yay olimpiya oyunlarında yarışlara qoşulub.

Allsport.az xəbər verir ki, ölkəmizin bayraqdarı Süleyman İsmayılzadə 400 metr məsafəyə sərbəst üsulla üzmə turnirində gücünü sınayıb.

Həlledici final mərhələsində zolağa çıxan təmsilçimiz məsafəni 3:59.46 saniyə göstərici ilə tamamlayaraq 8-ci yeri tutub. İsmayılzadə növbəti çıxışını noyabrın 6-da 200 metr məsafəyə sərbəst üsulla üzmə yarışında gerçəkləşdirəcək.

Xatırladaq ki, Dəkər-2026-da qüvvəsini sınayan Azərbaycan komandasının hesabında hazırda bir qızıl medal var; bu mükafatı yığmamıza cüdoçu İbrahim Talıbov (55 kq) bəxş edib.

Həmin kateqoriyadan