- Baxış sayı: 42
- 02 Noyabr 2026 15:57
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

İqa Şvenntek 2027-ci ildə keçiriləcək “Yunayted kuboku” turnirində iştirak etməyəcək.
Allsport.az xəbər verir ki, polşalı tennisçi 2023-cü ildən etibarən qatıldığı komanda yarışını bu dəfə buraxacaq. Polşa millisi turnirdə ötənilki titulunu qorumağa çalışacaq.
Şventekin məşqçisi Fransisko Royq bildirib ki, tennisçi mövsümə Brisben turniri ilə başlayacaq. Yanvarın 3-dən 10-dək keçiriləcək VTA-500 kateqoriyalı yarışda Yelena Rıbakina da iştirakını təsdiqləyib.
Qərar Avstraliya açıq çempionatı nəzərə alınmaqla hazırlıq planı və yarış təqviminə uyğun verilib. Royq Şventek üçün Polşanı təmsil etməyin hər zaman böyük əhəmiyyət daşıdığını vurğulayıb.