- Baxış sayı: 15
- 02 Noyabr 2026 23:31
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Sumqayıt” premyer liqanın X turunda öz meydanında “Şəfa” ilə 1:1 hesablı heç-heçə edib. Allsport.az xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Zaur Həşimov bunu deyib:
“Bir neçə məğlubiyyətdən sonra ilk xalımızı qazandıq. Bir tərəfdən məmnunuq ki, növbəti xalımızı qazandıq, amma digər tərəfdən bu qədər qol epizodu yaratdığımız və hesabda öndə olduğumuz oyunda qələbəni əldən verdik.
Buna baxmayaraq, futbolçulara oyuna görə “çox sağ ol” dedim və təşəkkür etdim. Həqiqətən vuruşdular və yaxşı oynadılar. Son iki turda da onlardan razı idim. Qələbəni son anlarda əldən verirdik. Bu gün də qələbəni əldən verdik, amma Sumqayıtdan 1 xalla ayrılırıq. Buna görə çox sevincliyəm”.