- Baxış sayı: 54
- 02 Noyabr 2026 10:26
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Renato Moykano UFC ilə müqaviləsi başa çatdıqdan sonra MMA karyerasını bitirmək niyyətindədir.
Allsport.az xəbər verir ki, braziliyalı döyüşçü bildirib ki, bundan sonra boks və bloqerlərlə döyüşlərdə iştirak etmək istəyir:
“Düzünü desəm, müqaviləmi başa çatdırmaq və daha MMA-da döyüşməmək istəyirəm. Boksla, bloqerlərlə döyüşlərlə məşğul olmaq niyyətindəyəm. Döyüşməyi bacarmayan insanları məğlub etmək istəyirəm.
40 yaşında çempion olmağa çalışan və ardıcıl səkkiz döyüşdə uduzan Toni Ferqyusonun aqibətini yaşamaq istəmirəm. Bəzən insan yolunun sona yaxınlaşdığını dərk etməlidir. Nə qədər enerjinin qaldığını və bu idman növünü hələ də nə dərəcədə sevdiyini anlamalısan. Mənim üçün bu, daha üç döyüş deməkdir. Bundan sonra karyeramı başa vuracağam. Çünki UFC mənə kifayət qədər pul ödəməyəcək”.
37 yaşlı döyüşçünün MMA-da 21 qələbəsi, 8 məğlubiyyəti və 1 heç-heçəsi var.