- Baxış sayı: 35
- 02 Noyabr 2026 17:56
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Liverpul”un futbolçusu Vircil van Deyk premyer liqada “Arsenal”a uduzduqları görüşdən sonra fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, müdafiəçi 0:1 hesabıyla bitən matçda hakim qərarlarından narazı qalıb.
O, ikinci hissədə referinin penalti təyin etməməsinə toxunub:
“Bizə qarşı qayda pozulmuşdu, amma hakimin fiti susdu. VAR-da da baxılmadı. Nə üçün? VAR işləməyəcəksə, 50 kamera nə üçündür? Mübahisəli epizodlardan çox danışmaq istəmirəm. Nəticədə günün sonunda məğlub olan tərəf bizik və rəqibi təbrik etməliyik”.
“Liverpul” premyer liqada 9 turdan sonra 15 xalla 5-ci sıradadır.