Vaxtı dəyişdirildi

Vaxtı dəyişdirildi

Allsport.az xəbər verir ki, Asiya futbol konfederasiyası (AFC) Səudiyyə Ərəbistanında təşkil olunacaq turnirin tarixini dəyişmək qərarına gəlib.

Əvvəlcə 2027-ci il yanvarın 7-dən fevralın 5-dək keçirilməsi planlaşdırılan yarışın yeni tarixləri müəyyənləşdirilib. Turnir 2027-ci il dekabrın 23-də start götürəcək və 2028-ci il yanvarın 21-də başa çatacaq.

AFC-nin yaydığı bəyanatda qərarın yaxın Şərqdəki vəziyyətlə əlaqədar qəbul edildiyi bildirilib. Regionda yaranmış fövqəladə şərait, ciddi logistika çətinlikləri və nəqliyyat əlaqələrindəki fasilələr yarışın əvvəlki tarixlərdə keçirilməsini mümkünsüz edib. Yeni tarixlər təsdiq üçün FİFA-ya təqdim olunacaq.

Turnirdə 24 milli komanda iştirak edəcək. Sonuncu Asiya kubokunun qalibi Qətər yığmasıdır.

Həmin kateqoriyadan