- Baxış sayı: 50
- 02 Noyabr 2026 20:14
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Noyabrın 3-də Azərbaycanın üzgüçülük üzrə milli komandasının üzvü Süleyman İsmayılzadə Dəkərdə keçirilən yeniyetmələrin IV yay olimpiya oyunlarında mübarizəyə başlayacaq.
Allsport.az xəbər verir ki, təmsilçimiz 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında qüvvəsini sınayacaq. Yarışlara sabah Bakı vaxtı ilə saat 14:00-da start veriləcək.
Azərbaycan komandası Dəkər-2026-da 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur. Dəkər, Diamniadio və Salidə təşkil olunan Oyunlara noyabrın 13-də yekun vurulacaq.