Portuqaliya klubuna uduzdu

Portuqaliya klubuna uduzdu

Azərbaycanın kişi voleybolçulardan ibarət “Xilasedici” komandası CEV çempionlar liqasında mübarizəyə start verir.

Allsport.az xəbər verir ki, Bakıda Portuqaliya təmsilçisi “Sportinq”lə üz-üzə gələn Cəlil Cəlilovun baş məşqçisi olduğu kollektiv rəqibinə uduzub – 2:3 (23:25, 25:19, 25:23, 23:25, 10:15).

II təsnifat mərhələsinin oyunu fövqəladə hallar nazirliyinin idman zalında keçirilib.

Xatırladaq ki, tərəflər arasındakı cavab görüşü noyabrın 11-də olacaq.

Həmin kateqoriyadan