“Oktaqona qayıtmamalıdır”

“Oktaqona qayıtmamalıdır”

UFC-nin yarımorta çəki dərəcəsində sabiq döyüşçüsü Kolbi Kovinqton təşkilatın hazırkı çempionu İslam Maxaçevə karyerasını başa vurmağı məsləhət görüb.

Allsport.az xəbər verir ki, o, Maxaçevin yaxın vaxtlarda MMA karyerasını başa vurmaq ehtimalına münasibət bildirərək onun bir daha oktaqona qayıtmamasının daha məqsədəuyğun olduğunu söyləyib:

“O, ümumiyyətlə, bir daha döyüşə çıxmaya bilər. Belə danışanda, yəni bir ayağın burada, digəri başqa yerdə olanda, yəqin ki, elə indidən getmək daha yaxşıdır. Oktaqona qayıtmamalıdır”.

ABŞ-li döyüşçü Maxaçevin açıqlamalarının UFC rəhbərliyindən daha sərfəli maliyyə şərtləri əldə etmək məqsədi daşıya biləcəyini də istisna etməyib:

“Açığı, düşünürəm ki, bu, danışıqlar taktikası ola bilər. Ola bilsin, o, UFC ilə açıq şəkildə bazarlıq edir. Demək istəyir ki, növbəti döyüşüm sonuncu olacaq, təqaüdə çıxacağam. Amma mənə kifayət qədər pul verməsəniz, daha tez gedəcəyəm”.

Həmin kateqoriyadan