- Baxış sayı: 33
- 27 Aprel 2025 10:15
- Baxış sayı: 38
- Aprel 27, 2025
- 0
8 mart – beynəlxalq qadınlar günü münasibətilə ədliyyə nazirliyi penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssəsində qadınlar arasında həvəskar badminton turniri keçirillib.
Allsport.az xəbər verir ki, ardıcıl olaraq dördüncü ildir keçirilən və silsilə xarakter daşıyan yarış Azərbaycan badminton federasiyası, ədliyyə nazirliyi penitensiar xidmət və Bakı şəhər gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə baş tutub. Qadın həmrəyliyi ruhunda keçirilən yarışın iştirakçıları təşkilatçılar tərəfindən diplom, medal və hədiyyələrlə təltif olunublar.
Daim ədalətli oyun prinsiplərini rəhbər tutan ABF davamlı olaraq bu layihələri həyata keçirərək səlahiyyətli təşkilatlar və dövlət qurumları arasında hab rolunu oynamaqla yanaşı, cəmiyyət və beynəlxalq idman təşkilatlarına sosial mesajlar verir.
Bu cür tədbirlərin həyata keçirilməsi bu kateqoriyadan olan şəxslərin müəssisəni tərk etdikdən sonra cəmiyyətə inteqrasiyasında da mühüm rol oynayaraq onların sağlam həyata tərzini və fiziki inkişafını da təmin etmiş olur.