- Baxış sayı: 76
- 07 Sentyabr 2026 20:27
- Baxış sayı: 168
- Sentyabr 17, 2026
- 0

Gəncədə “Meydandan arenaya” layihəsi çərçivəsində badminton yarışı keçirilib.
Allsport.az saytı xəbər verir ki, şəhər icra hakimiyyətinin qarşısında Gəncə–Daşkəsən regional gənclər və idman idarəsi, Azərbaycan badminton federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda yeniyetmə, gənc və yaşlı nəslin nümayəndələri iştirak ediblər.
Layihənin məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və bütün yaş qruplarının idmana təşviq edilməsidir. Yarışın sonunda fərqlənən iştirakçılar idman idarəsi tərəfindən sertifikatlarla təltif olunublar.