- Baxış sayı: 156
- 15 Aprel 2026 13:30
- Baxış sayı: 153
- Aprel 24, 2026
- 0

Avropa badminton konfederasiyasının idarə heyəti yeni tərkibdə toplanıb. Allsport.az saytı xəbər verir ki, yeni seçilmiş İüzvləri sırasında Azərbaycan badminton federasiyasının prezidenti və Dünya badminton federasiyasının şura üzvü Taleh Ziyadov da var.
O, Danimarkanın Horsens şəhərində ABK-nin ümumi yığıncağında 2026–2030-cu illər üçün idarə heyətinə seçilib. Seçkilər yüksək rəqabət şəraitində baş tutub. Avropanın müxtəlif ölkələrini təmsil edən 8 namizəd 3 direktor vəzifəsi uğrunda mübarizə aparıb. Səsvermədə təşkilatın 50 üzvündən 47-si iştirak edib.