Heydər Əliyevin xatirə turnirində hansı badmintonçular fərqləndi?

12–13 mayda Quba olimpiya idman kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə badminton turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, 15 yaşlılar arasında təşkil olunan yarış maraqlı oyunlarla yadda qalıb. Final günündə 3 kateqoriya üzrə ən yaxşılar müəyyənləşib:

Oğlanlar
Ömər Teymurlu
Omar Mehdi
Yusif Kamalov
Elmar Mikayılov

Qızlar
Yağmur Quliyeva
Ziba İsgəndərova
Leyla Babayeva
Həbibə Quliyeva

Qarışıq qoşa
Məhəmməd Hacızadə və Yağmur Quliyeva
Malik Cəfərov və Həbibə Quliyeva
Yusif Kamalov və Fatimə İsmayılova
Omar Mehdi və Dəniz Əhmədli

Qalib və mükafatçılar Azərbaycan badminton federasiyasının baş katibi Əjdər Cəfərov, Quba-Xaçmaz regional və idman idarəsinin rəisi Qumru Məmmədova tərəfindən diplom və medallarla təltif ediblər.

Həmin kateqoriyadan