- Baxış sayı: 20
- 25 Aprel 2024 10:08
- Baxış sayı: 36
- Aprel 23, 2024
- 0
“Neftçi” Mirabdulla Abbasovla 2019/2020 mövsümünün sonunda bitməli olan müqavilənin müddətini artırıb. Allsport.az saytı xəbər verir ki, 24 yaşlı hücumçu ilə anlaşma 1 il də uzadılıb.
O, daha çox oyun təcrübəsi qazanmasına görə başqa kluba icarəyə verilməsi üçün “Neftçi”nin rəhbərliyinə müraciət edib. Klub rəhbərliyi bu addımın həm gənc futbolçu, həm də gələcəkdə komanda üçün faydalı olacağını nəzərə alaraq, müraciəti müsbət dəyərləndirib.
Hücumçu daha çox oyun təcrübəsi qazanması üçün növbəti mövsümün sonunadək “Səbail” klubuna icarəyə verilib.
Qeyd edək ki, Mirabdulla Abbasov 2014-2016, 2017-2019-cu illər ərzində “Neftçi”nin heyətində 66 oyuna çıxıb, 13 qol vurub.