Nəbiyulla Qələbəgiyev 7-ci, Ramin Beybutov 8-ci oldu

Azərbaycanın xizək alpinizmi üzrə komandası 25-26 yanvarda İtaliyanın Forni di Sopra şəhərində yeniyetmələr arasında keçirilən dünya kubokunda iştirak edib.

Allsport.az xəbər verir ki, yarışda ölkəmizi Nəbiyulla Qələbəqiyev və Ramin Beybutov təmsil ediblər.

Yarışın sprint növündə 15 ölkədən olan iştirakçı arasında Nəbiyulla Qələbəgiyev 7-ci, Ramin Beybutov isə 8-ci yerə sahib olublar.

Həmin kateqoriyadan