“Ağ Bars”dan “Vankuver”ə

“Vankuver” hücumçu İlya Safonovla müqavilə imzalayıb. Allsport.az saytı xəbər verir ki, 25 yaşlı buüstü hokkeyçinin sözləşməsi birmövsümlükdür və ikitərəflidir.

Rusiyalının maaş həddi 950.000 dollardır: alacağı 850.000 dollar və 100.000 dollar imza əlavəsi olacaq. Əgər o, AHL-də oynayarsa, maaşı 87.500 dollara endiriləcək.

O, 2021-ci ildə NHL-in seçmə mərhələsində “Çikaqo” tərəfindən seçilmişdi, lakin “Blekhoks” onun hüquqlarını “Kanuks”a satmışdı.

Keçən mövsüm İlya KHL-in müntəzəm mövsümündə 68 oyunda 33 xal (16 qol, 17 məhsuldar ötürmə) toplayıb və “Ağ Bars”ın Qaqarin kubokunun finalına çıxmasına kömək edib, 20 pley-off oyununda 9 xal (2 qol, 7 məhsuldar ötürmə) yığıb.

Həmin kateqoriyadan