Finlandiyalı dünya çempionu qızıl medalını karaoke barda oğurlatdırıb

Finlandiya millisinin hücumçusu Yesse Pulüuyarvi dünya çempionatı-2026-da qazandığı qızıl medalı itirdiyini deyib. Allsport.az saytı xəbər verir ki, buzüstü hokkeyçinin sözünə görə, mükafatın Helsinkidə “Ake Karaoke” barında ondan oğurlandığı iddia edilir:

“Medalı insanlara göstərdim. Sonda heç vaxt geri qaytarmadılar. Əslində qəribədir. Düşünmürəm ki, medalı qazanmayanlar üçün xüsusi bir dəyərə malikdir. Medalı tapıb qaytaran hər kəsə dondurma və ya qəhvə və şirniyyat alardım”.

Həmin kateqoriyadan