2-qat olimpiya çempionu karyerasını bitirir

Hücumçu Conatan Teyvz təqaüdə çıxır. Allsport.az saytı xəbər verir ki, “Vinnipeq” sabah 38 yaşlı buzüstü hokkeyçinin qərarını açıqlayacağı mətbuat konfransı keçirəcək.

O, 16 mövsüm NHL-də oynayıb, 1149 müntəzəm mövsüm oyununda iştirak edib və 912 xal (383 qol, 529 məhsuldar ötürmə) toplayıb.

Conatan karyerasının 15 ilini “Çikaqo Blekhoks”da keçirib və orada 3 Stenli kubokunu qazanıb.

Kanada millisi ilə Teyvz 2010 və 2014-cü illərdə 2 olimpiya qızıl medalına yiyələnib, həmçinin 2007-ci ildə dünya çempionu olub.

Həmin kateqoriyadan