- Baxış sayı: 39
- 15 İyun 2026 13:55
- Baxış sayı: 40
- İyun 15, 2026
- 0

NBA pley-off mərhələsinin 2-ci turunun 2-ci oyunu “Oklahoma Siti Tander” və “Los Angeles Lakers” komandaları arasında keçirilib. Allsport.az saytı xəbər verir ki, görüş adı ilk çəkilən klubun 125:107 hesablı qələbəsi ilə başa çatıb.
“Lakers”in hücumçusu Lebron Ceyms 23 xal toplayıb. Bu, onun 300-cü pley-off oyunu idi.
41 yaşlı basketbolçu NBA tarixində bu mərhələyə çatan ilk oyunçudur.
Serial artıq 2-0 hesabı ilə Oklahoma City-nin xeyrinədir. Növbəti oyun 10 mayda keçiriləcək.