- Baxış sayı: 53
- 26 Noyabr 2026 15:15
- Baxış sayı: 135
- Noyabr 26, 2026
- 0

PSJ UEFA çempionlar liqasında Fransa klubları arasında ən uzun məğlubiyyətsizlik seriyasına imza atıb.
Allsport.az xəbər verir ki, Paris təmsilçisi liqa mərhələsinin V turunda “Roma” ilə heç-heçə (2:2) edərək məğlubiyyətsizlik seriyasını 15 oyuna çatdırıb.
Bununla da paytaxt klubu “Lion”a məxsus rekordu yeniləyib.
“Lion” 2004-cü ilin dekabrından 2006-cı ilin martınadək çempionlar liqasında ardıcıl 14 qarşılaşmada məğlub olmamışdı.