Premyer, 1-ci və 2-ci liqaların klub nümayəndələri ilə görüş

AFFA-nın inzibati binasında 2024/25-ci illər lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda AFFA-nın baş katibi Sərxan Hacıyev bu prosesinin vacibliyini vurğulayıb, bütün klublara uğurlar arzulayıb.

Həmçinin, UEFA-nın klubların lisenziyalaşdırılması şöbəsinin rəhbəri Ales Zavrl çıxış edərək, iştirakçılara ali qurumun klubların lisenziyalaşdırılması və monitorinqi, Azərbaycan futbol klublarının maliyyə və digər göstəricilərinin müqayisəli təhlilini və qadınlar arasında çempionlar liqasında çıxış etmək üçün lisenziyalaşdırma tələbləri barədə ətraflı məlumat təqdim edib.

Həmin kateqoriyadan