“Qəbələ” ispaniyalı yarımmüdafiəçi ilə anlaşıb

“Qəbələ” ispaniyalı yarımmüdafiəçi ilə anlaşıb

Yeni mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. Allsport.az saytı xəbər verir ki, Kamal Mirzəyev və Sadiq Quliyevi heyətinə qatan “qırmızı-qaralar” ispaniyalı futbolçu Fernan Ferreyra Lopeslə anlaşıb. 24 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.

Viqo şəhərindən olan futbolçu yerli “Selta” klubunun yetirməsidir. O, 2011-14-cü illərdə bu klubun B komandasında çıxış edib. Karyerası ərzində “Kompostela”, “Çoko” və “Ximnastika Seqoviana”da da oynamış Lopesin son komandası “Barakaldo” olub. Yarımmüdafiəçi Sequndanın B divizionunun 2018/19 mövsümündə bu klubda keçirdiyi 22 oyunda 1 qol vurub.

Həmin kateqoriyadan