Rəqiblər müəyyənləşdi

17 və 19 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında 2025/2026 mövsümü üzrə Avropa çempionatının birinci mərhələsinin püşkü atılıb.

U-17 və U-19 (Qadınlar) millilərimizin rəqibləri məlum olub

Allsport.az xəbər verir ki, püşkatma mərasimində Azərbaycan yığmalarının rəqibləri müəyyənləşib. “B” liqasının 1-ci qrupunda yer alan U-17 Uels, Kosovo və Moldova yığmaları ilə mübarizə aparacaq.

“B” liqasının 5-ci qrupunda qərarlaşan U-19 isə Sloveniya, Şimali Makedoniya və Gürcüstan seçmələri ilə qarşılaşacaq.

Oyunlar bu ilin payızında keçiriləcək. Turnirin təşkil olunacağı ölkə və tarixlərlə bağlı daha sonra məlumat veriləcək.

Həmin kateqoriyadan