- Baxış sayı: 61
- 26 İyul 2026 20:25
- Baxış sayı: 166
- İyul 22, 2026
- 0

UEFA – Çex Respublikasının qadınlardan ibarət “Slovaçko” klubunun keçmiş baş məşqçisi Petr Vlahovskini ömürlük futboldan kənarlaşdırıb.
Allsport.az saytı xəbər verir ki, o, 2019-cu ildən 2023-cü ilə qədər komandasının qadın oyunçularını oyunlardan və məşqlərdən sonra duşda çılpaq vəziyyətdə dəfələrlə lentə alıb. Bunun üçün məşqçi çantasında miniatür kameradan istifadə edib.
Diskvalifikasiya ilə yanaşı, Vlahovski məşqçilik lisenziyasından məhrum edilib və şərti həbs cəzası alıb. Məşqçi bütün “Slovaçko” futbolçularına 940 avro təzminat ödəyib.