- Baxış sayı: 64
- 14 May 2025 22:00
- Baxış sayı: 82
- May 13, 2025
- 0
17,18 və 19 aprel Azərbaycan basketbol liqasında (ABL) pley-off mərhələsinin ilk oyunları baş tutub.
Allsport.az xəbər verir ki, ilk pley-off seriyası Şəki olimpiya idman kompleksində keçilirib. Seriyanın əlavə vaxta gedən birinci oyununun yekununda “Şəki” klubu 85-84 hesabı ilə “Gəncə”yə qalib gələrək, ümumi hesabda 1-0 önə keçib.
Bakı idman sarayında “Neftçi” və “Ordu” klubları arasında play-off seriyasının ilk oyununu “flaqman” 93-84 hesabı ilə qalib tamamlayıb. “Sabah” basketbolçuları isə pley-off seriyasının ilk oyununda “Sərhədçi” üzərində 90-64 hesablı qələbəyə seviniblər. “Naxçıvan” klubu da pley-off seriyasına “Abşeron” üzərində 88-83 hesablı qələbə ilə başlayıb və seriyada 1-0 önə keçib.
Seriyalanın cavab oyunları 20, 21 və 22 apreldə baş tutacaq