- Baxış sayı: 40
- 20 Aprel 2026 12:02
- Baxış sayı: 161
- Aprel 20, 2026
- 0

“Sumqayıt”la “Volt group” MMC-nin “Rox” brendi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
Allsport.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan tədbirdə klubun prezidenti Riad Rəfiyev və adıçəkilən şirkətin həmtəsisçisi və direktoru Emin Əsgərov iştirak ediblər.
Müqaviləyə əsasən, “Rox” brendinə məxsus tanınma nişanları “Sumqayıt”ın oyun geyimlərində, ev oyunlarını keçirdiyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda və rəsmi media hesablarında yerləşdiriləcək.