- Baxış sayı: 25
- 15 İyun 2025 22:50
- Baxış sayı: 122
- İyun 15, 2025
- 0
Yeniyetmələrdən ibarət milli komandaların məşqçilər heyəti 16 və 18 yaşa qədər oğlan və qız basketbolçular arasında iyul və avqust aylarında baş tutacaq Avropa çempionatın hazırlıqlarına başlayıblar.
Allsport.az xəbər verir ki, komandaların məşqçi heyəti aşağıdakı kimidir.
U-18 oğlan millinin baş məşqçisi Anar Sarıyev, onun köməkçisi isə Polad Həsənovdur. Adları çəkilən məşqçilər ən son Avropa çempionatı U-18 (2024) “C” divizionunda çempionluq qazanıblar.
U-18 qız komandasının baş məşqçisi Evren Alkaya, onun köməkçisi isə Aygün Eynullayevadır. Adları çəkilən məşqçilər ən son Avropa çempionatı U-16 (2024) “C” divizionunda qızıl və U-18 (2024) “C” divizionunda gümüş mükafatın sahibi olublar.
U-16 oğlanlardan ibarət seçmənin baş məşqçisi bu posta yeni təyin olunmuş türkiyəli Ərxan Tokər, onun köməkçiləri isə Anar Hacıyev və Rüstəm Əliyevdir. “Abşeron” klubunda uğurlu mövsüm keçirmiş türkiyəli mütəxəssisin ən son böyük uğuru 2014-cü ildə Avropa çempionatı U-20 “A” divizionunda Türkiyə millisi ilə çempionluq olub.
U-16 qız millinin baş məşqçisi bu posta yeni təyin olunmuş türkiyəli Fərhad Ağcan, onun köməkçisi isə Aygün Eynullayevadır.
Türkiyəli məşqçi daha öncə “Ormanspor” klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərib.