Yunanıstan – Azərbaycan matçı kimlərə tapşırılıb?

Futzal üzrə dünya çempionatının əsas mərhələsində oktyabrın 11-də Afinada keçiriləcək Yunanıstan – Azərbaycan oyununa təyinatlar müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, UEFA ogörüşü İsveçdən olan hakimlər briqadasına tapşırıb.

Teodoros-Putos idman zalında keçiriləcək matçın referiləri Ademir Avdic, David Qlavonjiç və George Jansizian olacaqlar. Hakim-inspektor funksiyasını Vilvo Borosak (Sloveniya) yerinə yetirəcək. Görüşün UEFA nümayəndəsi Artur Admiral (Niderland) olacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish