- Baxış sayı: 61
- 26 İyul 2026 20:25
- Baxış sayı: 166
- İyul 22, 2026
- 0

Şotlandiya bankı, rəsmi saytında üzərində “Napoli”nin yarımmüdafiəçisi Skot Maktominayın təsvir olunduğu məhdud sayda əskinas elan edib. Allsport.az saytı xəbər verir ki, bu pul futbolçunun özü ilə əməkdaşlıq çərçivəsində hazırlanıb və şotland illüstratoru Keti Smit tərəfindən canlandırılıb.
Həmin əskinas Şotlandiya futbol tarixində əlamətdar bir anı xatırladır. 20 funt sterlinqlik pulda Maktominayın 2026-cı il Dünya Kuboku seçmə mərhələsinin final matçında Danimarkaya qarşı başından vurduğu zərbə təsvir olunub və bu zərbə Şotlandiyaya turnirdə iştirak etmək hüququ qazandırıb.