Ançelotti onun Dünya Kubokundan kənar qalmasını izah etdi

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti, “Çelsi”nin hücumçusu Joau Pedrunu və digər namizədləri Dünya Kuboku heyətindən niyə kənarda saxladığını izah edib. Allsport.az saytı xəbər verir ki, siyahıya düşən hücumçular arasında Hendrik (“Lion”), Qabriel Martinelli (“Arsenal”), İqor Tyaqo (Brentford), Lüis Enrike (Zenit), Mateus Kunya (“Mançester Yunayted”), Neymar (“Santos”), Rafinya (“Barselona”), Rayan (“Bornmut”) və Vinisius Junior (“Real”) var:

“Deyirlər ki, Avropa futbolu daha gərgindir, amma burada [Braziliyada] oynamaq çox çətindir: sıx qrafik, səyahət, isti hava – müqayisə etmək çətindir. Üstəlik, oyunçular arasında fərdi fərqlər var. Joau Pedruya görə təəssüf edirik. Avropada keçirdiyi mövsümü nəzərə alsaq, yəqin ki, buna layiq idi, amma bütün məsuliyyət və hörmətlə yanaşı, digər oyunçuları da seçdik”.

24 yaşlı futbolçu bu mövsüm “Çelsi”də 34 premyer liqa oyununda iştirak edib, 15 qol vurub və 8 məhsuldar ötürmə verib.

Həmin kateqoriyadan