- Baxış sayı: 32
- 21 May 2026 18:42
- Baxış sayı: 165
- May 21, 2026
- 0

Konqo Demokratik Respublikasının futbol millisi Ebola virusunun yayılması səbəbindən 2026-cı il Dünya Kubokuna hazırlıqlarını dayandırıb. Allsport.az saytı xəbər verir ki, oyunçular Kinşasada məşqlərə başlayıblar, lakin təxminən 130 nəfərin ölümünə səbəb olan milli fövqəladə vəziyyət səbəbindən təlim-məşq toplanışı ləğv edilib.
Ümumdünya səhiyyə təşkilatı bu epidemiyanın “beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti” adlandırıb, lakin onu pandemiya kimi təsnif etməkdən imtina edib. Vəziyyət Konqo Demokratik Respublikasındakı epidemiyanın hələ peyvənd hazırlanmamış Ebola virusunun bir növündən qaynaqlanması ilə daha da mürəkkəbləşir.
Konqo Demokratik Respublikası millisi sonra Belçikada məşqlərini bərpa edəcək. Onlar bu ölkədə Danimarka ilə (3 iyun) və İspaniyada Çili ilə (9 iyun) yoldaşlıq oyunları keçirməyi planlaşdırır.
2026-cı il Dünya Kuboku oyunlarının bəzilərinə ev sahibliyi edəcək ABŞ, Konqo Demokratik Respublikası, Uqanda və ya Cənubi Sudandan olan qeyri-amerikalıların ölkəyə girişinə qadağa qoyduğunu açıqlayıb.