- Baxış sayı: 24
- 02 Noyabr 2026 13:35
- Baxış sayı: 271
- Oktyabr 25, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, “Santos”un hücumçusu Neymar dünya çempionatı üçün Braziliya millisinə çağırılması ilə bağlı şərh verib:
“Hisslərimi cilovlamaq çətindir. Yaşadığım hər şey… (Braziliya “A” seriyasına) gəlməyim, oradan keçməyim və daha bir Dünya Kubokunda iştirak etməyim. Bunlar, həqiqətən də, böyük xoşbəxtlik göz yaşlarıdır. Kuboku Braziliyaya gətirmək üçün canımızı verəcəyik. Çox xoşbəxtəm”.
34 yaşlı futbolçu bu mövsüm “Santos”da 15 oyun keçirib və 6 qol vurub. 2026-cı il Dünya Kubokunda Braziliya seçməsi Mərakeş, Haiti və Şotlandiya ilə bir qrupda oynayacaq. Yarış 11 iyun – 19 iyulda keçiriləcək.