- Baxış sayı: 50
- 09 İyun 2026 23:21
- Baxış sayı: 55
- İyun 08, 2026
- 0

Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatı öncəsi adaşının vəziyyəti ilə bağlı şərh verib. Allsport.az saytı xəbər verir ki, “İnter Mayami” 38 yaşlı hücumçusu MLS-də “Filadelfiya” ilə oyununda (6:4) iştirak edib və 73-cü dəqiqədə əvəzlənib. Leonel Messinin meydanı erkən tərk etməsi sol bud əzələsində əzələ yorğunluğu ilə əlaqəli olduğunu bildirib.
“Görüşü məşq meydançasından izlədik. Leonun əvəzlənmək istədiyini, özünü yaxşı hiss etmədiyini gördük. İlkin xəbərlər o qədər də pis deyil. Əlbəttə ki, ona heç nə baş verməməsini istərdik. İndi gözləyəcəyik və vəziyyətinin necə inkişaf edəcəyini görəcəyik. Əvvəla, düşünürəm ki, hər şeyin deyildiyi kimi olub-olmadığını görmək üçün testlərdən keçəcək”.
2026-cı il Dünya Kuboku 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Argentina millisi Əlcəzair, Avstriya və İordaniya ilə bir qrupda oynayacaq.