“Kriştianu nümunəvi kapitandır. Yaş – sadəcə bir rəqəmdir”

Allsport.az saytı xəbər verir ki, Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez, 41 yaşlı hücumçu Kriştianu Ronaldunun qarşıdan gələn Dünya Kuboku üçün komandanın yekun heyətinə daxil edilməsi ilə bağlı şərh verib:

“Ümid edirəm ki, Ronaldu milli komandada son 3 ildə olduğu kimi rol oynayacaq. Mən Kriştianu haqqında dəfələrlə danışmışam. Onun haqqında danışarkən 2 şeyi ayırd etməliyik: dünyanın hər yerindən azarkeşlərin öz fikirləri olan və futbola verdiyi töhfələrə görə hər kəsin hörmət etdiyi əfsanəvi futbolçu və sonra kapitanımız var.

Milli komanda daxilində biz onu hazırda millidə oynayan və Dünya Kubokunda yer uğrunda mübarizə aparan oyunçu kimi qiymətləndiririk, əfsanə kimi yox. Ona qarşı tələblər hamı ilə eynidir: heyətdə yer uğrunda rəqabət. Kriştianu nümunəvi kapitandır. Yaş – sadəcə bir rəqəmdir”.

Həmin kateqoriyadan