- Baxış sayı: 39
- 22 May 2026 17:01
- Baxış sayı: 69
- May 22, 2026
- 0

Baş məşqçi Karlo Ançelotti, Braziliya futbol konfederasiyasının təzyiqi altında “Santos”un hücumçusu Neymarı heyətinə çağırıb. Allsport.az saytı xəbər verir ki, öncə italiyalı mütəxəssis 34 yaşlı cinah oyunçusunu dəvət etməkdə tərəddüd edib.
Lakin BFK məşqçidən onu siyahıya əlavə etməsini istəyib. Bu, sponsorluq müqavilələri ilə bağlı ola bilər. Ançelotti məsləhətçinin təkidindən sonra ulduz futbolçunu heyətinə çağırıb.
Neymar sonda Braziliyanın 2026-cı il Dünya Kuboku heyətinə daxil edilib. 21 mayda hücumçunun zədə aldığı açıqlanıb və bu da onun turnirdə iştirakını şübhə altına alıb.
Dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Braziliya “C” qrupunda Mərakeş, Haiti və Şotlandiya ilə oynayacaq.