Əsas məqsəd Bakıda U-19 voleybolçuların festivalında daha yaxşı formada olmaqdır

22-25 noyabrda Ukraynanın Zaparojye şəhərində 2002-2003 təvəllüdlü qızlar arasında EEVZA çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Adnan Kistak səfər öncəsi fikrini açıqlayıb:

“Komandamız son məşqlərini keçirir. Qızlarımız ilk görüşə 22 noyabr tarixində çıxacaq. Bu, onların  beynəlxalq yarışda ilk iştirakı olacaq. Artıq 3 aydır ki, komandamız bu yarışa hazırlaşır.

Əsas məqsədimiz, yayda Bakıda U-19 milli voleybolçuların festivalında qızlarımızın daha yaxşı formada olmasıdır. Ona görə də bu yarışda qızların daha inamlı oynamalarına kömək etməliyik ki, gənclərimiz təcrübə toplasınlar.

Bildiyimiz ki, oyunçu keçirdiyi oyunlarla təcrübəsini artırır,məşqlər zamanı isə oyunçu öz səhvlərini düzəldir. EEVZA çempionatında rəqiblərimiz Ukrayna, Belarus, Polşa, Estoniya milliləridir. Mən də bir baş məşqçi kimi komandamızın yaxşı oyun nümayiş etdirməsi üçün əlimdən gələni edəcəyəm”.

Həmin kateqoriyadan